Press "Enter" to skip to content

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

BAYRADAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “araşdırma zamanı Xəzər rayonu Albalılıq yaşayış massivində, eyni zamanda, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 30 min manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.