Press "Enter" to skip to content

Türkçülük Gününə ərmağan – VİDEO

Ödüllər

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) təsis etdiyi “Ramiz Əskər-Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin mükafatlandırılması mərasimi olub

BAYRAQDAR MEDİA – Mayın 1-də “World Business Centre”də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) təsis etdiyi “Ramiz Əskər-Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbir zamanı həmçinin CASCFEN-in türk dünyası istiqamətində fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsi təqdim edilib.

Dövlət Himni oxunarkən
Dövlət Himni oxunarkən

Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkili Vüqar İskəndərov, Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər, ölkənin aparcı QHT və media qurumlarının rəhbərləri, o cümlədən gənclərin iştirak etdiyi tədbirdə öncə türk dünyasının birliyi üçün misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra isə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Türkçülüyə, türk dünyasına təmannasız xidmətin nümunəsini yaradan tanınmış türkoloq

Mərasimi giriş sözü ilə açan CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri tədbirə gələn qonaqları salamlayaraq ödülü təsis etmək məqsədlərindən danışıb.

Nadir Azəri tədbiri açarkən
Nadir Azəri tədbiri açarkən

O, “Ramiz Əskər-Türk Dünyasına Xidmət Ödülü”nün məhz indi təqdim edilməsinin səbəbinə toxunub: “Bildiyiniz kimi bu tədbirimizin mahiyyətində türkçülüyə, türk dünyasına təmannasız xidmətin nümunəsini yaradan tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist, həmçinin CASCFEN yenidən formalaşandan sonra ilk İdarə Heyətinin üzvü olan Ramiz Əskərin xatirəsinə təsis etdiyimiz “Ramiz Əskər-Türk dünyasına xidmət ödülü”nün ilk qaliblərinin mükafatlandırılması dayanır. Əslində, biz bu tədbiri öncə keçirməli idik. Lakin bizdən aslı olmayan səbəblərə görə bir neçə dəfə təxirə saldıq. Hətta bundan öncə martın 20-də keçirəcəyimizi qətiləşdirmişdik, burada ödüllərdə də məhz həmin tarixi qeyd etmişdik. Düşünürdük ki, martın 20-si həm də CASCFEN-in yarandığı gün olduğu üçün həmin gün təqdimat edək. Lakin yenə təxirə salındı. Görünür qismət bu günədir”.

N.Azəri deyib ki, əslində, bu dəfə də təqdimat 3 may-Türkçülük Günü üçün nəzərdə tutulmuşdu: “Lakin sonradan bildik ki, həmin gün Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altunun himayəsində Bakıda möhtəşəm tədbir planlaşdırılıb. Ona görə də qərara gəldik ki, biz vaxtı dəyişək və 3 may ərəfsində, yəni bu gün keçirək”.

Tədbir zamanı
Tədbir zamanı

N.Azəri xatırladıb ki, CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətinin ilk üzvlərindən biri Ramiz Əskər olub.

Rəşad Məcid: Belə tədbirlər türk birliyi üçün əmək sərf etmiş şəxsləri daha yaxşı tanımağa imkan verir

Daha sonra söz Mətbuat Şurasının sədri Rəşad Məcidə verilib. Bu tədbirin əhəmiyyətinə toxunan R.Məcid həmçinin Ramiz Əskər yaradıcılığı ilə bağlı ətraflı danışıb.

O, qeyd edib ki, Ramiz Əskər bütün fəaliyyəti boyu türklüyə xidmət edib.

Rəşad Məcid çıxış edərkən
Rəşad Məcid çıxış edərkən

Çıxışında CASCFEN-ə də uğurlar arzulayan R.Məcid “belə tədbirlər türk birliyinə, bu yolda əmək sərf etmiş şəxsləri daha yaxşı tanımağa və araşdırmağa imkan verir” deyib.

Vüqar İskəndərov: QHT-lər bu istiqamətdə daha çox fəallıq göstərməlidirlər

Tədbirdə çıxış edən millət vəkili Vüqar İskəndərov türk dünyasında birliyin əhəmiyyətinə diqqət çəkərək bu istiqamətdə fəaliyyət göstərən hər kəsə təşəkkür edib. Millət vəkili Ramiz Əskərin fəaliyyətinin türk dünyası üçün xüsusi önəm kəsb etdiyini bildirib.

Millət vəkili Vüqar İskəndərov çıxış edərkən
Millət vəkili Vüqar İskəndərov çıxış edərkən

O, ümumiyyətlə, türk dünyasının həmrəyliyi istiqamətində çalışan hər kəsi təqdir edib, hazırda fəaliyyət göstərən araşdırmaçılara isə uğurlar diləyib. Millət vəkili həmçinin QHT-ləri bu istiqamətdə daha çox fəallıq göstərməyə səsləyib.

Azər Həsrət: Harada türklüklə bağlı iş, fəaliyyət var idisə Ramiz bəyi orada görmək olardı

Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, CASCFEN-in qurucusu Azər Həsrətə Ramiz Əskərlə bağlı xatirələrini bölüşüb.

Azər Həsrət çıxış edərkən
Azər Həsrət çıxış edərkən

Azər Həsrət hələ gənc yaşlarından Ramiz Əskərlə qarşılaşdığını, onun təcrübələrindən istifadə edərək öz bilgi və təcrübələrini artırdığını xatırlayaraq mərhumun türk dünyasının həmrəyliyi istiqamətindəki fəaliyyətini xüsusi vurğulayıb.

Tədbirdən
Tədbirdən

O, deyib ki, “Harada türklüklə bağlı iş, fəaliyyət var idisə Ramiz bəyi orada görmək olardı. CASCFEN-i yenidən bərpa edəndə də biz Ramiz müəllimlə danışdıq və o, İdarə Heyətinin ilk üzvlərindən biri kimi yanımızda oldu”.

Nüşabə Hüseynli: Əsas o prinsipə üstünlük verdik ki, qaliblər sözün əsl mənasında türkçülüyə, türk dünyasına təmannasız xidmət etmiş olsunlar

Münsiflər adından çıxış edən CASCFEN-in sədr müavini Nüşabə Hüseynli isə ödülün təsisi məqamına toxunub: “Məlumat üçün deyim ki, Ramiz müəllim rəhmətə gedəndən sonra CASCFEN İdarə Heyətinin qərarı ilə “Ramiz Əskər-Türk Dünyasına Xidmət Ödülü”nü təsis etdik. Bu da səbəbsiz deyil. Çünki sədrimizin də dediyi kimi CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətində Ramiz müəllim də olub. Ümumi fikir birliyi nəticəsində qəbul edilən qərar belə oldu ki, ödülü hər il üç istiqamət üzrə – ədəbiyyat və tarix, media və QHT sahəsində türk dünyasına xidməti olan şəxslərə təqdim edək”.

Nüşabə Hüseynli çıxış edərkən
Nüşabə Hüseynli çıxış edərkən

N.Hüseynli deyib ki, məhz bu üç sahənin seçilməsi təsadüfi deyil: “Çünki mərhum Ramiz müəllim həyatı boyunca, xüsusilə, bu üç sahədə türkçülüyə xidmət üçün mühüm işlər görüb. Sonradan isə Münsiflər Heyəti formalaşdı və bir azdan elan edəcəyimiz qalibləri seçdik. Xüsusi olaraq bidirmək istəyirəm ki, biz müakfatçıların daha çox olmasını istərdik. Lakin bəlli hədlər var. Bununla belə, bu dəfə qalib olmasa da, könlümüzün mükafatçıları olan digər şəxslər və qurumların da inşallah növbəti illərdə mükafatçılar arasında olacağına şübhə etmirik. Bir məqamı da qeyd edim ki, biz qalibləri müəyyən edərkən əsas o prinsipə üstünlük verdik ki, qalib olan şəxslər və qurumlar sözün əsl mənasında türkçülüyə, türk dünyasına təmannasız xidmət etmiş olsunlar”.

Nadir Azəri: Gələn il beynəlxalq münsiflər heyəti formalaşdırılacaq

Sonra Nadir Azəri qalibləri elan edib. Bəlli oldu ki, CASCFEN birinci ilin qaliblərinin ümumilikdə 8 olmasına qərar verib: “Azərbaycan və Türk Dövlətləri Təşkilatının bayrağında olan 8 guşəli ulduzu əsas götürərək birinci il 8 qalib elan etdik”.

Qalibləri elan edirik
Qalibləri elan edirik

N.Azəri, həmçinin “Onu da deyim ki, bu il biz münsifləri CASCFEN ailəsindən formalaşdırdıq, lakin gələn il beynəlxalq münsiflər heyəti formalaşdırılacaq. Bütün türk dövlətlərindən orada nümayəndə olacaq. İndi isə qalibləri elan edirik” deyə bildirib.

Qənirə Paşayeva ölümündən sonra Media istiqaməti üzrə “Ramiz Əskər-Türk dünyasına xidmət ödülü”nə layiq görülüb

Bəlli oldu ki, qərara əsasən türk dünyasının dəyərli qızı, həyatını türklüyə həsr edən Qənirə Paşayeva ölümündən sonra Media istiqaməti üzrə “Ramiz Əskər- Türk Dünyasına Xidmət Ödülü”nə layiq görülüb. Bu istiqamət üzrə Qənirə Paşayevanın qalib elan olunması birinci onun vaxtı ilə bu sahədə uğurlu fəaliyyəti, ikincisi isə “Addım-addım Türkiyə” sənədli filmləri silsiləsidir.

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinə ödül təqdim edilir
Türk Dövlətləri Qiymətləndiricilər Birliyinə ödül təqdim edilir

Həmin istiqamət üzər ikinci qalib isə Kərkük türklərinin səsini dünyaya çatdıran, eyni zamanda bir qəzetəçi kimi də türklük ülküsünə xidmət edən Dr. Şəmsəddin Küzəçidir.

Digər istiqamət – QHT istiqaməti üzrə qaliblərdən biri yarandığı qısa vaxt ərzində türk dünyasında öz sözünü deyən, təkcə türk dövlətlərində deyil, digər ölkələrədə də maraq doğuran Türk Dövlətləri Qiymətləndiricilər Birliyidir.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinə ödül təqdim edilir
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinə ödül təqdim edilir

Həmçinin, Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik və türklük ruhunun gücləndirilməsi üçün davamlı addımlar atan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi də bu istiqamətdə qalibdir.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinə ödül təqdim edilir
Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinə ödül təqdim edilir

Bu istiqamət üzrə növbəti qalib isə yarandığı vaxtdan etibarən kitabla, elmlə bağlı yaddaqalan festival və tədbirlərin təşkilatçısı olan, türk dünyasının ədəbiyyat sahəsində də bir olması üçün davamlı addımlar atan Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyidir.

Bəyan edilib ki, “Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabınin müəllifi, şüurlu həyatını türkçülüyə xidmətə həsr edən, fəal QHT və media təmsilçisi, ictimai proseslərdə hər zaman ön sıralarda olan Elməddin Behbud Ədəbiyyat və tarix istiqaməti üzrə qaliblərdən biridir.

Elməddin Behbuda ödül təqdim edilir
Elməddin Behbuda ödül təqdim edilir

Özbəkistanın tanınmş yazıçısı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifi, Özbəkistan Respublikasının “Şöhrət ordeni” laureatı Xasiyyət Rüstəm (qeyd edək ki, Xasiyyət xanım eyni zamanda vaxtı ilə mərhum Ramiz müəllimlə birlikdə ədəbi fəaliyyət də göstərib. Ramiz müəllim onun Xasiyyət Rüstəmin “Məcnun söyüd” kitabını Azərbaycan türkcəsinə çevirib bə kitabın ön söz müəllifi olub. Kitab TÜRKSOY kitabxanası seriyasından 2020-ci ildə Bakıda çap edilib) bu istiqamətdə ikinci qalibdir.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fonduna ödül təqdim edilir
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fonduna ödül təqdim edilir

Yarandığı vaxtdan fəaliyyəti ilə türk dünyasının ədəbi məkanda inteqrasiyasına dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu isə Ədəbiyyat və tarix istiqaməti üzrə qaliblərdən üçüncüsüdür.

Xasiyyət Rustəm bir neçə gün öncə Bakıda idi

Nadir Azəri bildirib ki, Xasiyyət Rustəm bir neçə gün öncə Bakıda idi.

Xasiyyət Rustəmə ödül təqdim edilərkən
Xasiyyət Rustəmə ödül təqdim edilərkən

O, qeyd edib ki, elə həmin vaxt mükafat Xasiyyət Rüstəmə təqidm edilib: “Biz də dəyərli münsiflər heyətinin sədri Firkət Əliyev və münsiflər heyətinin üzvü Əkbər Qoşalı ilə birlikdə Xasiyyət xanımla görüşüb, ödülünü təqdim etdik.

Nailə Əskər: İnanıram ki, Ramiz Əskərin ruhu burada bizim aramızdadır

Ödüllərin təqdimatından sonra çıxış edən Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər öncə qardaşının fəaliyyətinə qısa nəzər salaraq qonaqları məlumatlandırıb.

Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər
Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər

Belə bir ödülün təsis ediləməsinə görə təşkilatçılara minnətdarlıq edən N.Əskər “mən inanıram ki, Ramiz Əskərin ruhu burada bizim aramızdadır. Mən inanıram ki, onun ruhi şaddır” deyib.

Ramiz Əskərin bacısından Nadir Azəriyə qiymətli hədiyyə

N.Əskər sonda “qardaşım şeirlər də yazırdı və onun vəfatından sonra bir kitab dərc etdik. Mən həmin kitabın bir nüsxəsini CASCFEN sədri Nadir Azəriyə hədiyyə etmək istəyirəm” deyib.

Nailə Əskər Nadir Azəriyə kitab hədiyyə edərkən
Nailə Əskər Nadir Azəriyə kitab hədiyyə edərkən

Öz növbəsində bu dəyərli kitaba görə təşəkkür edən Nadir Azəri bundan sonra da türk dünyasına xidmət istiqamətində davamlı addımlar atacaqlarını bildirib.

Vüqar İskəndərov: CASCFEN-lə bizim dostluğumuzun uzun bir tairix var

Nadir Azəri, həmçinin “hər zaman CASCFEN-in yanında olan, tədbirlərimzdə bizi tək buraxmayan dəyərli millət vəkili Vüqar İskəndərova da özəl mükafatımız var. Mən Vüqar müəllimi yenidən səhnəyə dəvət edirəm və Nüşabə xanmdan xahiş edirəm ki, CASCFEN adından mükafatı V.İskəndərova təqdim etsin” deyib.

Vüqar İskəndərova CASCFEN-in xüsusi mükafatı təqdim edilir
Vüqar İskəndərova CASCFEN-in xüsusi mükafatı təqdim edilir

V.İskəndərov isə öz növbəsində təşəkkür edib: “CASCFEN-lə bizim dostluğumuzun uzun bir tairix var. Hətta mən hələ millət vəkili olmayan vaxtlarda belə biz birlikdə Şəkidə gözəl layihələr reallaşdırmışıq. Bu gün məni təltif etdilər. Təşəkükr edir və fəaliyyətlərində uğurlar arzulayıram”,

Media qurumlarına CASCFEN-in Təşəkkür Bəlgəsi təqdim edilib

Daha sonra isə media qurumlarına CASCFEN-in Təşəkkür Bəlgəsi təqdim edilib.

CASCFEN-in mediaya Təşəkkür Bəlgəsi TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri Murat Akkoça təqdim edilir
CASCFEN-in mediaya Təşəkkür Bəlgəsi TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri Murat Akkoça təqdim edilir

Sonda hər kəsə minnətdarlıq edən N.Azəri “İnşallah qarşıda da CASCFEN-in türk dünyası ilə bağlı tədbirləri davamlı olacaq. Əminik ki, buradakı dəyərli QHT və media təmsilçiləri o mərasimlərdə iştirak və çıxış edəcəklər. Məsələn, elə bu gündən etibarən CASCFEN QHT-lərə Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsinin qalibi olaraq “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin icrasına başlayır. Bu layihə çərçivəsində inşallah bir neçə dəfə görüşəcəyik” deyib.

Nadir Azəri CASCFEN-in gənc üzvləri və könüllülərlə
Nadir Azəri CASCFEN-in gənc üzvləri və könüllülərlə

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.