BAYRAQDAR MEDİA – Səbail rayonu ərazisində naməlum şəxs soyğunçuluq yolu ilə 51 yaşlı qadına məxsus içərisində bank kartları və sənəd olan pulqabını talayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı M.Nəzərov saxlanılıb. Bundan başqa, Yasamal rayonunda bir nəfərin evindən 2 min manat dəyərində məişət əşyalarını oğurlamış 20 yaşlı D.Rəcəbzadə də saxlanılıb”.
Araşdırmalar aparılır.
İlk şərhi yaza bilərsiniz