İsmail Bozkurt: KKTC-nin TDT daxilindəki yeri daha da möhkəmlənir
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının (TDT) KKTC Aksaqqal üzvü İsmail Bozkurt, KKTC-nin TDT-nin bütün alt təşkilatlarında görünməsinin qəbul edildiyini və KKTC-nin müşahidəçi üzvlüyünün heç bir mənfiliklə üzləşmədiyini vurğulayıb.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, İ.Bozkurt, Türk Dövlətləri Təşkilatının (TDT) Girnədə keçirilən Ağsaqqallar Şurasının 17-ci iclaısnın AB-Orta Asiya Zirvə Toplantısının yekun bəyannaməsi səbəbindən təcili çağırıldığına dair təsəvvürün yanlış olduğunu bildirib. O qeyd edib ki, görüşün KKTC-də keçirilməsi ilə bağlı qərar 6 ay əvvəl verilib.
Məlumatda deyilir ki, İsmail Bozkurt verdiyi yazılı açıqlamada 1-2 may tarixlərində Girnədə keçirilən TDT Ağsaqqallar Şurasının 17-ci iclasında KKTC Ağsaqqalı olaraq ölkəni təmsil etdiyini bildirib: “İ.Bozkurt TDT Ağsaqqallar Şurasının məşvərətçi bir qurum olduğunu və TDT dövlət başçılarından ibarət Zirvəyə məsləhət xarakterli təkliflər təqdim etdiyini bildirib. Məsələn, o qeyd edib ki, “Ümumi əlifba” ilə bağlı təklif Ağsaqqallar Şurası tərəfindən verilib və sammit təsdiqlənib”.
İ.Bozkurt həmçinin bunları qeyd edib: “Daha da önəmlisi, Yekun Bəyannamənin bizə mənfi təsir göstərmədiyini, bütün əsas üzv dövlətlərin ağsaqqallarının ölkəmizə çox isti münasibət göstərdiyini və Sammitinin Yekun Bəyannaməsinə rəğmən, TDT daxilindəki yerimizin daha da möhkəmləndiyini qiymətləndirmək olar”.
İlk şərhi yaza bilərsiniz