Press "Enter" to skip to content

 Ankarada “Heydər Əliyev və türk dünyası” paneli

Tədbir zamanı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Ankarada silsilə tədbirlər keçirilir

BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Ankarada silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində Türkiyə- Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) və Azərbaycanın Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı ilə Şuşa Konqres Mərkəzində “Heydər Əliyev və türk dünyası” paneli təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məluat verilib.

Bildirilib ki, “Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayan paneldə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və TADİV sədri Aygün Attar açılış çıxışları edib. Natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və mirası, türk dünyasının birliyi üçün fəaliyyətindən danışıblar”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Məlumata görə, paneldə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və KKTC-nin Türkiyədəki səfirləri, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Ayşe Üzer də çıxış edib: “Çıxışçılar Azərbaycan xalqının Ümummilli liderinin türk dünyasındakı yerindən danışıb, onun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biri olduğunu vurğulayıblar. Panelin davamında türk jurnalist, professor Aysel Sadak İltaşın “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimatı olub. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, millət vəkili Ayyüce Türkeş və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç təqdimatda çıxış ediblər”.

Məlumatda deyilir ki, kitabın müəllifi Aysel Sadak çıxış edərək, kitabın yazılma prosesi barədə məlumat verib: “Paneldə Türkiyədən dövlət rəsmiləri, millət vəkilləri, diplomatik korpus nümayəndələri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər”.

Məlumata əsasən, tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq idman çempionatının açılışı edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.