Press "Enter" to skip to content

“Carlsberg Group” şirkətinin nümayəndələri ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group” şirkətinin nümayəndələri ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri qeyd olunub.”Carlsberg Group” şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti, investisiyaların dəstəklənməsi, yerli istehsalın artırılması, əldə edilən nəticələr və potensial addımlar müzakirə olunub”.

Məlumata görə, görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Azerbaijan” şirkəti arasında 2025–2030-cu illəri əhatə edən Anlaşma Memorandumu imzalnıb. Sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.