Press "Enter" to skip to content

“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır

“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır

BAYRAQDAR MEDİA – 2025-ci ilin 5 may tarixindən etibarən Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı–Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “uçuşlar hər həftənin bazar ertəsi günü müasir və komfortlu Airbus A320 təyyarələri ilə yerinə yetirilir”

“Centrum Air”-in uçuş cədvəli:
Bakı → Daşkənd: uçuş saat 19:20, eniş saat 22:50
Daşkənd → Bakı: uçuş saat 16:15, eniş saat 18:20

Aeroportun direktoru Teymur Həsənov Heydər Əliyev Beynəlxalq Aeroportuna “Centrum Air”reyslərinin açılmasını alqışladıqlarını vurğulayıb: “Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir. Marşrut şəbəkəsinin genişləndirilməsi bizim üçün strateji prioritet olaraq qalır və biz beynəlxalq aviaşirkətlərlə əməkdaşlığın dərinləşdirilməsinə hazırıq”.

“Centrum Air”in təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov “Centrum Air” üçün yaxın tərəfdaşlarla hava əlaqələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyib: “Özbəkistan və Azərbaycan arasında təkcə iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı–Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq”.

Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsində mövcuddur. “Centrum Air”in də bu xəttə daxil olması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.