Press "Enter" to skip to content

İğdırda güclü yağışdan sonra daşqın

Daşqın zamanı

BAYRAQDAR MEDİA – Türkiyədə, İğdırda mayın 5-də günorta saatlarında başlayan leysan yağış Aralık rayonunun kəndlərində daşqınlara səbəb olub.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, yağış nəticəsində yaranan sel suları Naxçıvan-İğdır avtomobil yolunda qaya parçaları və palçıq yığılması ilə yanaşı nəqliyyatın hərəkətində problemlər yaradıb: “Mənfiliyin ardından bölgəyə Iğdır İl Xüsusi İdarəsi və Karayolları qrupları sövq edilib. Sel nəticəsində bağlanan yol intensiv işlərdən sonra nəqliyyatın hərəkətinə açılıb”.

Məlumaat görə, səlahiyyətlilər İğdır-Naxçıvan avtomobil yolunda nəqliyyatın tamamilə normal vəziyyətə gətirilməsi üçün işlərin fasiləsiz olaraq davam etdiyini bildirib.

Mission News Theme by Compete Themes.