Press "Enter" to skip to content

MEK Sinop Universitetinin elmi nəşrlərinə onlayn giriş imkanı yaradıb

MEK Sinop Universitetinin elmi nəşrlərinə onlayn giriş imkanı yaradıb

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin Sinop Universitetinə məxsus elmi nəşrlərə onlayn giriş imkanı təmin edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “Kitabxananın rəsmi internet saytında (mek.az) yerləşən “E-xidmətlər” bölməsi vasitəsilə istifadəçilər “Jurnallar” hissəsinə daxil olaraq Sinop Universitetinin nəşrləri ilə tanış ola bilərlər”.

Qeyd olunan resurslar Türkiyənin DərgiPark elektron platformasında yerləşdirilmiş 10 elmi jurnaldan ibarətdir. Jurnallar müxtəlif elm sahələrini əhatə edir və tədqiqatçılar, tələbələr, eləcə də elmi ictimaiyyət üçün dəyərli mənbələrdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.