BAYRAQDAR MEDİA – Avropa Kosmik Agentliyi (ESA), NASA və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan James Webb Kosmik Teleskopu (JWST) kainatın dərinliklərindən çəkilmiş görüntünü yayımlayıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
Ayın beşdə biri genişliyindəki bir səma parçasına fokuslanan teleskop 12 milyard işıq ili uzaqlıqdakı minlərlə qalaktikanı bir kadrda çəkib. Görüntüdə işıq nöqtələrinin böyük əksəriyyəti ulduzlar deyil, müxtəlif ölçülü və formalı qalaktikalardır. Bu qalaktikalar kainatın yaranmasından bu yana 13,8 milyard ili əhatə edən zamanda keçmişə doğru bir pəncərə açır.
JWST tərəfindən əldə edilən məlumatlar kainatın quruluşunu araşdıran ‘COSMOS-Web’ adlı beynəlxalq tədqiqat layihəsi çərçivəsində toplanıb. Bu layihə qalaktika klasterlərinin əmələ gəlməsini və onların kainatda paylanmasını anlamağı hədəfləyir. Chandra X-Ray Rəsədxanasının məlumatları ilə birləşdirilən görüntülər, sözügedən klasterin bu görüntüdəki ən böyük qalaktika qrupu olduğunu göstərir.
İlk şərhi yaza bilərsiniz