Press "Enter" to skip to content

Nazirin növbəti vətəndaş qəbulu Ağstafada keçiriləcək

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov mayın 16-da Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “qəbul saat 11:00-dan başlayaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ0500, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi/1) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs: Elşad Rzayev: əlaqə telefonu: (077) 677-24-89, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.azinternet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.