Press "Enter" to skip to content

Qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə növbəti nəzarət tədbirləri

Qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə növbəti nəzarət tədbirləri

BAYRAQDAR MEDİA – 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna tətbiq edilmiş moratoriumla əlaqədar qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə növbəti nəzarət tədbirləri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri, Lənkəran, Xaçmaz, Şabran və Siyəzən rayonları akvatoriyasından, Kür, Araz çaylarından, Mingəçevir, Şəmkir su anbarlarından, Baş Mil-Muğan və Yuxarı Mil-Qarabağ kollektorlarından ümumilikdə 7 min 912 metr uzunluğunda 143 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb”.

Xatırladaq ki, balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna tətbiq edilmiş moratorium sentyabrın 1-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.