Press "Enter" to skip to content

Xocalı və Ağdərəyə qayıdanların sayı 2 min nəfərdən çoxdur

Qayıdış zamanı

BAYRAQDAR MEDİA – 2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı planlaşdırılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verlib.

Bildirilib ki, “bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə- yəni 811 nəfər köç edib. Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə – 238 nəfər, Suqovuşan kəndinə 180 ailə – 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb. Bu proses isə mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır”.

Qeyd edilib ki, hazırda “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.