XİN: Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik
BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir”.
Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
Bəyanatda daha sonra deyilir: “Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”.
İlk şərhi yaza bilərsiniz