BAYRAQDAR MEDİA – Azərbaycanın turizm imkanları Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla, ümumilikdə 10 yerli tərəfdaşla birgə 7-8 may tarixlərində Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən daxil olub.
Xəbırdə deyilir ki, “sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunur. Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir. Bundan əlavə, 5-6 may tarixlərində İsrailin Hayfa və Təl-Əviv şəhərlərində silsilə təbliğat tədbirləri təşkil edilib”.
Ardınca xəbərdə, “B2B formatlı görüşlərdə Azərbaycanı ATB, AZAL, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 12 yerli tərəfdaş təmsil edib. Təbliğat tədbirləri çərçivəsində Hayfada 40, Təl-Əvivdə isə 65 yerli turizm nümayəndəsi ilə görüşlər keçirilib, təqdimatlar, media brifinqi, eləcə də şəbəkələşmə tədbiri təşkil olunub” deyə qeyd edilir.
Təl-Əvivdə keçirilən tədbirdə Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov və İsrail Turizm nazirinin müşaviri Peleg Levi iştirak edib.
İlk şərhi yaza bilərsiniz