Press "Enter" to skip to content

Bakı-Şamaxı-Yevlax yolunda yaranan maneə aradan qaldırılıb

Bakı-Şamaxı-Yevlax yolunda yaranan maneə aradan qaldırılıb

BAYRAQDAR MEDİA – Yağan intensiv yağışlar nəticəsində dağlıq relyefdə formalaşan daşlı-çınqıllı palçıq kütləsi ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-89-cu kilometrliyində hərəkət hissəsinə dolaraq nəqliyyatın hərəkətini mümkünsüz edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən daxil olub.

Xəbərdə bildirilir ki, “ərazidə xidmət aparan YPX Alayının III taqımının əməkdaşları tərəfindən dərhal zəruri təhlükəsizlik tədbirləri görülüb, istiqamət dəyişdirilməklə nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib. Aidiyyəti qurum tərəfindən aparılan təmizlik işlərindən sonra hərəkətin təşkilində edilən dəyişiklik aradan qaldırılıb və hazırda sözügedən yolda nəqliyyatın maneəsiz hərəkəti tam bərpa olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.