Press "Enter" to skip to content

EsAzDer-dən daha bir anlamlı addım

Yıldızlar Akademi Anaokulunda təqdimat zamanı

Bu dəfə Yıldızlar Akademi Anaokulunda yaddaqalan aksiya keçirilib

BAYRAQDAR MEDİA – Hər zaman öz müsbət və səmərəli fəaliyyəti ilə fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi (EsAzDer) Azərbaycanın təbliği istiqamətində davamlı addımlar atır. Dərnəyin bu dəfə üç tutduğu ünvan isə Eskişehirdə fəaliyyət göstərən Yıldızlar Akademi Anaokulu olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Cavid Aydın uşaqlara Azərbaycan və Dərnək barədə məlumat verir
Cavid Aydın uşaqlara Azərbaycan və Dərnək barədə məlumat verir

Məlumatda deyilir ki, bu gün EsAzDer Eskişehirin gənc, orta və yaşlı nəsli arasında kifayət qədər tanınır: “Bu, özlüyündə Azərbaycan barədə məlumatlaırn həmin kəsimlərə çatdırılmasında öz müsbət təsirini göstərir. Lakin hesab edirik ki, gələcək nəsillər də bizi və ölkəmizi yaxından tanımalıdırlar. Ona görə də uşaq bağçalarına da üz tutmaq qərarına gəldik. İlk ünvan isə Yıldızlar Akademi Anaokulu oldu”.

Məlumata əsasən Dərnək başqanı Cavid Aydın və qurumun fəalları Yıldızlar Akademi Anaokuluna səfər ediblər: “Səfər zamanı Cavid Aydın Azərbaycanla əlaqəli kiçik tanıtım edib. Daha sonra isə uşaqlara Dərnək tərəfindən Azərbaycanla əlaqəli hazırlanan boyama kitapçaları və çıklarlnı və qələmlər hədiyyə edilib. Tanitimin ardınca uşaqlara Tıq-Tıq xanım cizgi filmi və Azərbaycan tanıtım videosu izlədilib”.

Uşaqlara Dərnək tərəfindən Azərbaycanla əlaqəli hazırlanan boyama kitapçaları və çıklarlnı və qələmlər hədiyyə edilib
Uşaqlara Dərnək tərəfindən Azərbaycanla əlaqəli hazırlanan boyama kitapçaları və çıklarlnı və qələmlər hədiyyə edilib

Dərnəkdən verilən məlumatda o da qeyd edilib ki, oxşar addımların gələcəkdə də atılması planlaşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.