Press "Enter" to skip to content

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi – VİDEO

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Göyçay şəhər Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə məşqi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub. Tədbirin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib”.

Daha sonra xəbərdə, “praktiki hissədə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub. Uğurla keçən tədbirdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib” deyə qeyd edilir.
https://www.youtube.com/watch?v=5zLstlz6Hjg

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.