Press "Enter" to skip to content

Mərakeş Krallığının şahzadəsi Beynəlxalq Muğam Mərkəzində

Mərakeş Krallığının şahzadəsi Beynəlxalq Muğam Mərkəzində

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa mayın 6-da Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə tanış olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “mədəniyyət naziri Adil Kərimlinin də iştirak etdiyi tanışlıq zamanı qonağa mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan mərkəz Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib”.

Sonra xəbərdə, “qeyd edilib ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda BMM-in yaradılması haqqında Sərəncam imzalayıb. 2008-ci il dekabrın 27-də istifadəyə verilən BMM-in ümumi sahəsi 7,5 min kvadratmetrdir. Burada 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, tədris otaqları və səsyazma studiyası mövcuddur. Üçmərtəbəli binanın forması Azərbaycanın qədim milli musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Qonağa BMM-in foyesində nümayiş olunan ekspozisiyada yer alan milli musiqi alətləri barədə də məlumat verilib” deyə bildirilir.

Mədəniyyət ocağı ilə tanışlıqdan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan muğam sənətinin nadir nümunələri səsləndirilib, milli musiqinin zənginliyi və bədii-estetik dəyərləri nümayiş etdirilib.

BMM-lə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.