BAYRAQDAR MEDİA – Odunpazarı Bələdiyyəsi və Eskişehir Kino Dərnəyinin birgə təşkil etdiyi Eskişehir Müstəqil Qısa Film Festivalı (EBKFF) mükafat gecəsi ilə yekunlaşıb.
Bu barədə eskisehir.net saytı məlumat verib.
Bildirilib ki, “Odunpazarı Bələdiyyəsi və Eskişehir Kino Dərnəyinin birgə təşkil etdiyi festival mükafatlandırma mərasimi ilə başa çatıb. Müstəqil qısametrajlı film istehsalına dəstək olmaq və gənc kino sənətçilərinə imkan yaratmaq məqsədi ilə bu il keçirilən festival 4 gün ərzində Eskişehirin mədəniyyət və incəsənət təqviminə yenilik gətirib”.
İlk şərhi yaza bilərsiniz