Press "Enter" to skip to content

Nazir bölgələrdə təsərrüfatlara baş çəkib

Nazir bölgələrdə təsərrüfatlara baş çəkib

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa, Tovuz və Şəmkir rayonlarında təsərrüfatlara baş çəkib, şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “səfər çərçivəsində nazir əvvəlcə Ağstafa rayonunda “ABAK AGRO” şirkətinin qulançar (asparagus) əkini sahəsinə baxış keçirib, Azərbaycanda alternativ və yüksək bazar dəyərinə malik, yeni sahələrdən olan qulançar bitkisinin becərilməsi üzrə aparılan işlərlə maraqlanıb. Şirkətin rəhbəri sahədə istifadə edilən aqrotexniki üsullar, istifadə olunan əkin materialları, məhsuldarlıq, xəstəliklərə qarşı mübarizə tədbirləri və bazara çıxış imkanları barədə məlumat verib. Qeyd olunub ki, qulançar bitkisi az su sərfiyyatı ilə yüksək gəlir gətirən, xüsusilə ixracyönümlü məhsul kimi tanınır. Bu baxımdan, qulançar bitkisinin əkin sahəsinin genişləndirilməsi nəzərdə tutulur”.

Sonra xəbərdə, “görüşdə şirkətin gələcək planları, qulançar sahələrinin artırılması, fermerlərə dəstək mexanizmlərinin genişləndirilməsi və elmi əsaslarla əkin texnologiyalarının yayılması ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, fermerlərə əməkdaşlıq çərçivəsində rayonda ənginar və yerfındığı (araxis) əkinlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

Daha sonra M.Məmmədov Tovuz rayonunda yerləşən “Naiqin Ko. Tovuz-Baltiya” MMC və Şəmkir rayonunda fəaliyyət göstərən “Şərq Ulduzu” MMC-nin istehsalat sahələrinə baxış keçirib. Səfər iştirakçılarına müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi diqqətə çatdırılıb.

Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, ixrac potensialının artırılması üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.