“Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda yazılan ən yaxşı 3 esse yazı mediada dərc olunacaq
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, o cümlədən Türkiyədə universitetlərdə təhsil alan türk dünyası tələbələri arasında “Bizim ailəmiz türk dünyasıdır” adlı esse yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Beləliklə, bu gündən müsabiqənin başlandığı elan edilir.
CASCSEN-in Mətbuat xidmətindən verilən məlumata görə, müsabiqəyə təqdim edilən yazılar 450-500 sözdən ibarət olmalı, mövzunu əhatə etməlidir. Əsasən, tələbələrin türk dünyası ilə bağlı öz fikirlərinin, qənaətlərinin ortaya qoyulması arzu olunandır və qaliblər də bu prinsip əsasında seçiləcək.
Yazılar içərisində 3 ən yaxşısı qalib elan ediləcək. Qaliblərə plaket təqdim ediləcək, onlarla bağlı xəbər hazırlanacaq və həmin 3 yazı Azərbaycanın 2 aparıcı onlayn media orqanında dərc ediləcək.
Məlumatda o da deyilir ki, müsabiqəyə yazılar 10 may-10 sentyabr 2025-ci il tarixləri arasında qəbul ediləcək.
Yazılar İctimai Birliyin cascfen@gmail.com e-mail adresinə göndərilə bilər.
Əlavə məlumat almaq üçün +994552639944 WhatsApp nömrəsi əlaqə saxlamaq, yaxud yazmaq olar.
Bundan başqa müsabiqə yazıları Ankarada-Azaflı Sosyal Yardım ve Kültür Derneyi, həmçinin Uluslararası Diplomatik İlişkiler, Akademik Araştırmalar ve Eğitim Derneyi (UDİAD), Eskişehirdə-Eskişehir Azərbaycanlılar Dərnəyi, Manisada-Manisa Azerbaycan Kültür ve Dayanışma Derneyi, İzmirdə-Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisi və İzmir Azərbaycan Dərnəyinə də təqdim edilə bilər. Bu dərnəklərin əlaqə nömrələri barədə məlumat almaq üçün +994552639944 WhatsApp nömrəsi əlaqə saxlamaq lazımdır.
Yazılar World formatında təqdim edilməlidir.
Hər kəsə uğurlar.
İlk şərhi yaza bilərsiniz