BAYRAQDAR MEDİA – Bolqarıstanda rəsmi səfərdə olan Polşa Prezidenti Anjey Duda Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb. Görüşdə Varşavanın NATO-ya üzv ölkələrin Ümumi Daxili Məhsulunun 3 faizinin müdafiəyə ayrılması təklifi müzakirə edilib.
Məlumatı Radio Bolqarıstan yayıb.
Məlumata görə, A.Dudanın fikrincə, bu, ağlabatan, real və əldə edilə bilən məqsəddir: “Bu il Polşa bu sektora təxminən 45 milyard dollar və ya ÜDM-in 4,7 faizini ayırıb və bununla da Alyans ölkələri arasında birinci yeri tutub. Polşa Prezidenti, “Biz Polşa olaraq Ukraynadakı müharibənin bitməsini və Ukraynanın suverenliyini qoruyub saxlamasını istəyirik. Biz müharibənin davamlı sülhlə başa çatmasını və Rusiyanın bir daha heç kimə hücum etməməsini istəyirik”deyib”.
İlk şərhi yaza bilərsiniz