Press "Enter" to skip to content

Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığın müzakirəsi

Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığın müzakirəsi

BAYRAQDAR MEDİA – Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mayın 7-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib. Qonağı səmimi salamlayan A.Kərimli iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Nazir həmçinin 2023-cü ildə dost ölkəyə səfərini, orada keçirdiyi görüşləri məmnunluqla yada salıb. Qeyd olunub ki, mədəniyyət iki ölkənin xalqlarını yaxınlaşdıran mühüm vasitələrdəndir. 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə isə Bakıda Mərakeş Mədəniyyəti Günləri keçirilib. Uzun fasilədən sonra yenidən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb”.

Sonra xəbərdə, “M.M.Bensaid görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Qonaq nazir də Mərakeşlə Azərbaycan arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.