BAYRAQDAR MEDİA – Eskişehirdə simit ustası olan və öz çörək sexini işlədən Bekir Adıktı insanların diqqət mərkəzindədir. Belə ki, o, çöldə 15 lirəyə satılan simitləri mağazasında müştərilərinə 10 lirəyə təklif edir.
Bu barədə eskisehir.net saytı məlumat verib.
Məlumata görə, sərfəli qiymətləri ilə vətəndaşların böyük marağına səbəb olduğunu deyən B.Adıktı, bu maraqdan məmnunluğunu ifadə edib: “Vətəndaşlara ucuz simit vermək mənim borcumdur”.
Xəbərdə vurğulanır ki, Eskişehir Biznesmen və Sənətkarlar Odası Birliyinin verdiyi qərarla 100 qramlıq simit 1 fevral 2025-ci il tarixindən etibarən 15 lirədən satışa çıxarılıb: “Lakin Ramazan ayı başlayandan simitləri 10 lirəyə satan çörəkçi Bekir Adıktı hələ də kampaniyasını davam etdirdiyini bildirib. O, xüsusilə təqaüdçülərin və tələbələrin bu fürsətdən tez-tez yararlandıqlarını söyləyib. Artıq 42 ildir bu işlə məşğul olduğunu bildirən təcrübəli usta vətəndaşlara dəstək olmağı özünə borc bildiyini də vurğulayıb”.
İlk şərhi yaza bilərsiniz