Press "Enter" to skip to content

Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib

Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib

BAYRAQDAR MEDİA – Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq sarayları və “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “mətbuat katibi qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2 min 500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.