Press "Enter" to skip to content

Iğdır kitab sərgisində duyğulu anlar

Sərgi zamanı-Sağdan birinci Serdar Ünsal

“Ürəyim İrəvanda qaldı” oxucularla görüşdü

BAYRAQDAR MEDİA – Iğdırda keçirilən II Kitab Sərgisində yazar Serdar Ünsalın “Ürəyim İrəvanda qaldı” adlı kitabı da oxuculara təqdim edilib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “tarixi ağrı və soyqırımdan bəhs edən roman müəllifə dostları ilə emosional bağ yaratmağa kömək edib. Sərdar Ünsal kitabını imzalayaraq oxucuları ilə görüşüb. Xüsusilə kitabını alan və onu tək qoymayan dostlarına təşəkkür edib”.

“Ürəyim İrəvanda qaldı” romanı tarixi məsuliyyətlə keçmişin acısını bu günə daşıyan mühüm əsər kimi oxucularının görüşünə davam edir.

Qeyd edək ki, Serdar Ünsal qardaş ölkədə Azərbaycan diasporunun fəal üzvlərindən biridir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.