Press "Enter" to skip to content

İki ölkənin qardaşlıq bağları daha da güclənir

Şamil Ayrım (solda) və Emin Həsənli

Emin Həsənli Türkiyə parlamentində bir sıra görüşlər keçirib

BAYRAQDAR MEDİA – Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli qardaş ölkənin Böyük Millət Məclisində bir sıra görüşlər keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, “Emin Həsənli Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, hakim AK Partinin İstanbul millət vəkili Şamil Ayrımla onun iş otağında bir araya gəlib. Birlik sədrini hörmətlə qarşılayan millət vəkili iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında Ulu öndər Heydər Əliyevin xidmətlərini yada salıb. Görüş zamanı bu ənənənin bu gün də davam etdiyi, iki ölkənin prezidenti İlham Əliyev və Recep Tayyip Erdoğan arasında olan isti münasibətin siyasi və mənəvi bağların bir qədər də möhkəmlənməsində müstəsna rol oynadığı vurğulanıb”.

Məlumata görə, Emin Həsənli Türkiyəyə vaxtaşırı səfərləri zamanı bu bağların daha da möhkəmlənməsi üçün müxtəlif görüşlər keçirməsi və müxtəlif layihələrin icra olunmasından söhbət açıb: “Bu əlaqələrin genişlənməsi üçün Türkiyənin hərbi yönümlü QHT-ləri ilə daima təmasların saxlanmasını, müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin qarşılıqlı səfərlərin təşkil olunmasını da yada salıb”.

Məlumata əsasən, daha sonra Emin Həsənli sabiq hərbçi və hazırda İzmir millət vəkili olan Mehmet Ali Çelebi ilə görüşüb: “Görüşdə Azərbaycan-Türkiyə hərbi əlaqələri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkənin hərbi yönümlü QHT-lərinin əlaqələrinin genişləndiurilməsi perespektivləri müzakirə olunub. Haızrda sabiq Milli Müdafiə naziri Hülusi Akarın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisinin Müdafiə Komissiyasının üzvü olan Mehmet Ali Çeləbi bundan sonra da hərbi yönümlü təşkilatların əlaqələrinin genişlənməsi üçün parlamentin dəstək verəcəyini bildirib”.

Görüşlər zamanı
Görüşlər zamanı

Məlumatda həmçinin deyilir ki, Emin Həsənlinin MHP-də uzun müddət türk dövlətləri üzrə sədr müavini olmuş, Erzurum millət vəkili Kamil Aydınla da görüşü olub: “Kamil Aydın Xocalı soyqırımı zamanı Londonda təhsil aldığını və Azərbaycanın haqq davasının beynəlxalq aləmdə tanıdılması üçün fəaliyyət göstərdiyini yada salıb. Azərbaycanın son illər keçidiyi uğurlu yola nəzər salan millət vəkili bu uğurların bünövrəsinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Şuşaya səfər etdiyini xatırlayan Kamil Aydın Azərbaycanın Qarabağ zəfərinin türk millətinə sevinc yaşatdığını söyləyib. Görüş zamanı Azərbaycan və Türkiyə liderləri, İlham Əliyev və Recep Tayyip Erdoğanın qardaşlıq münasibətinin iki ölkənin inkişafında müstəsna rol oynadığı və bundan sonra da uğurlar gətirəcəyi vurğulanıb”.

Görüşlərdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyə təmçilsi Taciyyedin Hüseynquluzadə də iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.