Press "Enter" to skip to content

Kərküklə bağlı durum müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (ITC) sədri Mehmet Seman Ağa Bağdadda Haşd əl-Şaabi sədri Falih Feyyaz ilə görüşüb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, görüş zamanı xüsusilə Kərkükdə təhlükəsizlik və sabitliyin təmin edilməsi, mövcud çağırışlar qarşısında sosial sülhün və milli birliyin qorunması kimi ümumi əhəmiyyət kəsb edən müxtəlif mövzular müzakirə edilib.

Bildirilib ki, “ITC sədri “Türkmən icması İraqın birliyini və müqəddəs dəyərlərini müdafiə etməyə davam edir və bunun İraqın milli təhlükəsizlik sisteminin təsirli bir hissəsi olduğuna inanır”, – deyib. O, təhlükəsizlik qüvvələrinin və Haşd əş-Şaabinin sabitliyin təmin edilməsində göstərdiyi gərgin səylərə görə təşəkkürünü bildirib. Görüşdə Kərkük Qalxanı qüvvələrinin şəhərin terror təhlükəsindən qorunmasında göstərdiyi fədakarlıqlar da vurğulanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.