Mayın 9-da “Ulu Öndər Heydər Əliyev: Keçmişdən gələcəyə liderlik və vizyon” adlı beynəlxalq konfrans keçiriləcək
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək. “Ulu Öndər Heydər Əliyev: Keçmişdən gələcəyə liderlik və vizyon” adlı konfrans Azərbaycan-Kıbrıs Dostluq Cəmiyəti (AKDC) və KKTC Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi, həmçinin Lefke Avropa Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Orxan Həsənoğlu deyib ki, hər il KKTC-də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq və keçmiş olduğu nümunəvi yolun xüsusi ilə tələbələrə aşılanması məqsədilə tədbirlər keçirilir: “AKDC olaraq fəaliyyətə başladığımız 2012-ci ildən etibarən hər il Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq məqsədi ilə müxtəlif tədbirlər keçiririk. Bu il keçdiyimiz illərdən fərqli olaraq daha geniş bir auditoriya nəzərdə tutmuşuq. Belə ki, Kıbrısda təhsil alan yerli və əcnəbi tələbələrin iştrak edəcəyi geniş bir tədbir təşkil etmişik. Bu il təşkil olunan konfransa ümumilikdə 500 universitet tələbəsi dəvət olunub. Mayın 9-da Lefke Avropa Universiteti Hüquq Fakültəsi Kongres Mərkəzində keçirilməsi planlaşdırılan tədbirdə Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövürdə həyata keçirdiyi mühüm fəaliyyətlərə işıq tutulacaq”.
Orxan Həsənoğlu daha sonra bildirib: “Heydər Əliyevin uzaqgörənliyi, siyasi vizyonu həm ölkəmizin tanıdılması sahəsində, həm də gənclərin öz gələcəklərini formalaşdırmasında mühüm tarixi faktlardır. Bu gün Azərbaycana rəhbərlik edən cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təməlində də Heydər Əliyevin strateji hədəfinin izləri var”.
Cəmiyyət sədri vurğulayıb ki, beynəlxalq konfransa Azərbaycandan millət vəkilləri Vüqar Rəhimzadə ilə Razi Nurullayev də qatılacaq və çıxış edəcəklər.
Həmçinin, KKTC Cümhurbaşqanı Ersin Tatar, KKTC parlamentinin sədri Ziya Öztürkler, KKTC Nəqliyat, Rabitə və İctimai İşlər naziri Prof. Dr. Erhan Arıklı, Lefke Avropa Universitetinin rektoru Professor Mehmet Ali Yükselen və digər qonaqlar konfransda çıxış edəcəklər.
İlk şərhi yaza bilərsiniz