Press "Enter" to skip to content

Masallıda birgə müşavirə

Masallıda birgə müşavirə

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Masallı rayonunun meşəlik ərazisində birgə regional müşavirə keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə FHN və ETSN-in aidiyyəti yerli qurumlarının əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, meşə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri olduqca vacibdir”.

Müşavirənin praktiki hissəsində FHN və ETSN-in yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə şərti olaraq baş vermiş meşə yanğının qarşısının alınması, eyni zamanda, xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6-8 metr enində sahənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.