BAYRAQDAR MEDİA – Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının hazırlığına başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Bakıda ilk məşqlərə qrosmeyster, FIDE məşqçisi Mixail Brodskiy rəhbərlik edir. Qeyd edək ki, M.Brodskiy uzun müddət qadınlardan ibarət Ukrayna komandasının məşqçisi olub. Onun məşqçisi olduğu Ukrayna millisi komandalar arasında dünya və Avropa çempionatının qızıl medalını qazanıb, iki dəfə Ümumdünya Şahmat Olimpiadasının bürünc medalına layiq görülüb”.
İlk şərhi yaza bilərsiniz