Press "Enter" to skip to content

SXA probasiya nəzarəti tətbiq edilən daha 43 uşağın qiymətləndirməsini aparıb

SXA probasiya nəzarəti tətbiq edilən daha 43 uşağın qiymətləndirməsini aparıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) probasiya nəzarəti tətbiq edilən şəxslərin sosial mühitə adaptasiyası məqsədilə daha 43 uşağın sosial-psixoloji qiymətləndirilməsini aparıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən qiymətləndirmə zamanı həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidməti də göstərilib. Qiymətləndirmənin nəticələrinə əsasən, növbəti mərhələdə bu yeniyetmələrin sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutulub”.

Göstərilən xidmətlər çərçivəsində şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial bacarıqlarının formalaşdırılmasına müvafiq dəstək göstərilir.

Mission News Theme by Compete Themes.