BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunmuş əmək yarmarkası keçirilib.
Bu barədə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Universitetin tələbə və məzunları üçün təşkil edilən aktiv məşğulluq tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professorƏdalət Muradov, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev, müxtəlif sektorlardan olan işəgötürənlər iştirak edib. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə işəgötürənlərlə birgə keçirilən bu tədbirlərin tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsində, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılmasında önəmi vurğulanıb”.
Məlumata görə, tədbir iştirakçıları təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar: “Əmək yarmarkasında ümumilikdə105 işəgötürən tərəfindən 1050-dək vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Tədbirə qatılan şəxslərəeyni zamanda icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, Agentliyin karyera məsləhətçiləri tərəfindən karyera məsləhəti xidməti göstərilib”.
İlk şərhi yaza bilərsiniz