BAYRAQDAR MEDİA – Nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən daxil olub.
Xəbərdə vurğulanır ki, “unudulmamalıdır ki, bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır,. Səssiz və intizamlı hərəkət sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir”.
Sözügedən qurum sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırıb.
İlk şərhi yaza bilərsiniz