Press "Enter" to skip to content

 Yozgat komandası çempion olub

Qalib komanda

BAYRAQDAR MEDİA – Türkiyədə Kredit və Yataqxanalar Baş İdarəsi tərəfindən ənənə halını almış YURTLİG yarışları keçirilib. Yarışlarda Yozqatın komandaları xüsusilə fərqlənib.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb. Bildirilib ki, “YURTLİG çərçivəsində Aksarayın ev sahibliyi etdiyi stolüstü tennis turnirində Yozgat kişi komandası bütün rəqiblərini məğlub edərək birinci olub. Komanda bu uğurla Türkiyə çempionatının final mərhələsində Yozqatı təmsil edəcək”.

Yozgat Gənclər və İdman İl Müdiri Şahin Hopur Aksarayda keçirilən stolüstü tennis turnirində qazandıqları uğurlarla Türkiyə çempionatına vəsiqə qazanan idmançıları ürəkdən təbrik edib: “ İdmançılarımıza Türkiyə çempionatının finalında uğurlar arzulayıram. Orada da Yozqatın adını ən yaxşı şəkildə təmsil edəcəklərinə inanıram”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.