BAYRAQDAR MEDİA – Trabzonun Meydan Parkında keçirilən 13-cü Beynəlxalq Tələbə Görüşü 50 ölkədən gələn 1.735 tələbənin iştirakı ilə böyük maraqla qarşılanıb. Beynəlxalq Tələbə Dərnəkləri Federasiyası (UDEF) və Trabzon Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan tədbirə bu il Ordu, Bayburt və Gümüşhane illəri də töhfə verib.
Bu barədə kuzeyekspres.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “Avropadan Afrikaya, Orta Doğudan Orta Asiyaya qədər 50 müxtəlif ölkədən 200-dən çox tələbə öz mədəniyyətlərini təqdim edib.
Trabzon Beynəlxalq Tələbə Dərnəyinin rəhbəri Abdulkadir Yılmaz “Bu həftə 50 ölkədən tələbələri qonaq edirik. Trabzonla birlikdə ümumilikdə 95 ölkədən 1.735 tələbə var. Bu tələbə hərəkatı çox önəmlidir, çünki bu tələbələr məzun olduqdan sonra öz ölkələrində mühüm vəzifələrə gəlirlər” deyib”.
Məlumata görə, Özbəkistandan olan tələbə “Özümüzü tanıtmağa, tariximizi, şəhərlərimizi və mədəniyyətimizi təqdim etməyə çalışırıq. Hər kəs maraq göstərir, suallar verir, geyimlərimizi geyinir” deyib.
Qeyd edək ki, tədbirdə Azərbaycandan olan tələbələr də xüsusi stendlə çıxış ediblər.
İlk şərhi yaza bilərsiniz