BAYRAQDAR MEDİA – Trabzonun Şalpazarı rayonunda 30-cu Acısu Hıdırellez Mədəniyyət və Bahar Bayramı Şənliyi” təşkil olunub.
Bu barədə kuzeyekspres.com.tr saytında məlumat verilib.
Bildirilib ki,, “Şənlik rayonun Simenli və Çamlıca məhəllələri arasında yerləşən Acısu ərazisində keçirilib. Əəksəriyyəti milli geyimdə olan qadınların da qatıldığı yerli sakinlər, bölgəyə məxsus sənətçilərin kamança müşayiəti ilə oxuduğu türkülərə horon oynayaraq şənliyi daha coşdurublar. Şənlikdə Şalpazarı Xalq Təhsili Mərkəzi tərəfindən qurulan stenddə Ağasar bölgəsinə məxsus əl işləri sərgilənib. Mərasimdə iştirak edən Trabzon valisi Aziz Yıldırım, şəhid anaları başda olmaqla bütün anaların Ana Gününü təbrik edib”.
Məlumata görə, tədbirə həmçinin Trabzon Böyükşəhər Bələdiyyə başçısı Ahmet Metin Genç də qatılıb: “Bundan başqa, AKP Trabzon millət vəkili Vehbi Koç, Şalpazarı Kaymakamı Semih Memiş, Çarşıbaşı Qaymakamı Zahid Bahadır Semiz, Şalpazarı Bələdiyyə Başçısı Refik Kurukız, Tonya Bələdiyyə Başçısı Osman Beşel, Özkürtün Bələdiyyə Başçısı Yakup Turgut və AKP MKYK üzvü Hilmi Türkmen də mərasimdə iştirak edib”.
İlk şərhi yaza bilərsiniz