BAYRAQDAR MEDİA – Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə güzəştli kreditlərin verilməsi davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu ilin ilk rübündə AKİA-nın xətti ilə aqrar sektorda çalışan şəxslərə 1 min 036 müraciət üzrə 19.6 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 19.5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, qalan hissəsi isə güzəştli və mikrokreditlərdir”.
İlk şərhi yaza bilərsiniz