BAYRAQDAR MEDİA – E-sport üzrə Azərbaycan Universitet Liqasına final mərhələsində keçirilən iki oyunla yekun vurulub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “ümumilikdə 18 ali təhsil müəssisəsindən 53 komandanın (32-si “Counter Strike 2”, 21-i “Valorant”) iştirak etdiyi liqanın finalında gərgin mübarizə yaşanıb. “Counter Strike 2” üzrə finalda Azərbaycan İdman Akademiyası (AİA) ilə ADA Universiteti qarşılaşıb. Alik İsmayılov, Ülvi Ağayev, Həsən Allahverdiyev, Rüfət Qocazadə və Saleh Məmmədovdan ibarət AİA-nın komandası rəqiblərinə üstün gələrək birinci yerə layiq görülüb”.
Sonra xəbərdə, ““Valorant” üzrə isə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Azərbaycan Texniki Universiteti (ATU) üz-üzə gəlib. Rüfət Əmrahlı, Emin Usubov, Səbuhi Namazov, Cəbrayıl Atakişiyev və Məryəm Ələkbərovadan ibarət ATU-nun komandası qalib olub. Liqanın keçirilməsində məqsəd gənclərin sürətli reaksiya və qərarvermə bacarıqlarını, komanda ilə işləmə qabiliyyətini inkişaf etdirməklə yanaşı, onların liderlik və idarəetmə bacarıqlarının formalaşmasına töhfə verməkdir” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz