BAYRAQDAR MEDİA – Çinin 2020-ci ildə Aydan topladığı torpaq nümunələri ilk dəfə Böyük Britaniyaya çatıb. Alimlər bu nadir nümunələrlə Ay və Yerin ilkin tarixinə işıq tutmağı hədəfləyirlər.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat paylaşıb.
Təxminən 50 ildən sonra ilk dəfə Aydan Yerə gətirilən torpaq nümunələri Çin tərəfindən Böyük Britaniyaya borc olaraq verilib. Nümunələr təhlükəsiz laboratoriyada mühafizə olunub.
Böyük Britaniyada bu nadir torpaqla işləməyə icazə verilən yeganə alim professor Mahesh Anand Ay tozunun “qızıl tozundan daha qiymətli” olduğunu bildirib.
BBC-nin məlumatına görə, M.Anand və komandası tozun içindəki maddələri analiz edərək Ayın necə əmələ gəldiyini və Yerin erkən dönəmlərinə dair ipuclarını araşdırmağı planlayır. Alimlər bu tozun Yerin Mars böyüklüyündə bir planetlə toqquşması nəticəsində qalan dağıntılardan meydana gələn Ayın mənşəyinə dair dəlillər ehtiva edə biləcəyini düşünür.
Torpaq nümunələri Çinin Chang’e 5 missiyası çərçivəsində 2020-ci ildə Ayın vulkanik Mons Rümker bölgəsinə enən kosmik gəmi tərəfindən toplanıb. Kosmik gəmi səthdən təxminən 2 kiloqram material toplayıb Yerə gətirib.
İlk şərhi yaza bilərsiniz