Press "Enter" to skip to content

Dünya Türkiyəyə inanır və etibar edir

Emin Həsənli

Emin Həsənli: Dünyadakı mühüm proseslərdə Türkiyənin önə çıxması, həm də Recep Tayyip Erdoğana olan inamdan irəli gəlir

BAYRAQDAR MEDİA – “Son günlər dünyada baş verənlərin ağırlıq mərkəzi Türkiyədir. Bu da təsadüfi deyil”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, Türkiyə artıq xeyli vaxtdır ki, tək regionda deyil, dünyada əsas aktorlardan biridir: “Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqların məhz Türkiyədə keçirilməsini istədi. Türkiyə lideri Recep Tayyip Erdoğan bu görüşə ev sahibliyi etmək üçün hazır olduğunu bildirdi. Artıq Ukrayna lideri Vladimir Zelenski də Türkiyədə keçiriləcək görüşdə iştirak etməyə hazır olduğunu bəyan edib”.

E.Həsənli, son proseslərlə bağlı bir maraqlı məqama da diqqəti yönəldib: “Maraqlı cəhət odur ki, V.Putin və V.Zelenski Türkiyədə görüş üçün heç bir ilkin şərt irəli sürmür. Hətta Ukrayna prezidenti bildirib ki, Rusiya təklif olunan 30 günlük atəkəsə razı olmasa belə Türkiyədə görüşün keçirləməsinə hazırdır. Hesab edirəm ki, bu, hər şeydən əvvəl Türkiyə liderinə olan inamdan irəli gəlir”.

Hərbi ekspert əlavə edib ki, elə bundan əvvəl də Türkiyənin Rusiya və Ukrayna arasında heç bir əlavə şərt irəli sürmədən “taxıl sazişinə” nail olması ona olan inamdan irəli gəlirdi: “Hər iki tərəf, həm də bütün dünya liderləri anlayırdı ki, əgər bir sənədə Türkiyə və onun lideri Recep Tayyip Erdoğan təminat verirsə bu yerdə əlavə sözə ehtiyac yoxdur. Çünki dünya Türkiyəyə inanır və etibar edir. Elə ABŞ Prezidenti Donald Trampın İsrailin baş naziri ilə görüşdə Suriyada böhranının çözülməsində Türkiyə Cümhurbaşqanının liderliyini vurğulaması situasiyanın aydınlaşdırılması baxımından çox önəmli idi. İndi bütün dünya bilir ki, Suriyada qurulacaq yeni düzəndə Türkiyə əsas söz sahibidir. Və bu söz sahibliyi Suriyaya sabitlik və inkişaf üçün əsas qarantdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.