Press "Enter" to skip to content

Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə həmin mərkəzdə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “satış-sərgidə Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə vərdişləri qazanan 18 nəfərin və hazırda peşə öyrənən bir qrup gəncin 700-ə yaxın əl işi nümayiş olunub. Sərginin məqsədi əlilliyi olan gənclərimizin cəmiyyətə inteqrasiyası, onların yaradıcılıq potensialının dəstəklənməsi və ictimaiyyətə təqdim edilməsidir”.

Sonra xəbərdə, ““Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan sərgidə 9 yaradıcı istiqamət (rəssamlıq, vitraj boya, toxuculuq, toxunma suvenir oyuncaqlar, bədii oyma, xalçaçılıq, dulusçuluq və b.) üzrə sənət nümunələri təqdim edilib. Əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, onların yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması, maddi rifahına və sosial inklüziyasına dəstək göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyan satış sərgiləri mütəmadi olaraq təşkil edilir” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.