Press "Enter" to skip to content

Eskişehirdə kiloqramı 400 lirə olan məhsul 

Qurudulmuş pomidor

BAYRAQDAR MEDİA – Sağlam həyat tərzinə marağın artması ilə birlikdə, təbii və qatqısız məhsullara olan tələbat da artır. Bu baxımdan, Eskişehirdə son dövrlərdə həm dadı, həm də sağlamlığa faydaları ilə diqqət çəkən məhsullardan biri qurudulmuş pomidordur.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumata görə, kiloqramı 400 lirəyə satılan bu məhsul, xüsusilə sağlam həyat tərzini seçənlər tərəfindən böyük maraq görür: “Yay aylarında günəş şüası altında qurudularaq hazırlanan bu məhsulda heç bir qatqı maddəsinin olmaması onun diqqətçəkən cəhətlərindəndir. Həm salatlarda, həm də yeməklərdə istifadə edilir”.

Bildirilib ki, “qiymətinin yüksək olmasına baxmayaraq, pomidor qurusunun təbii və ləzzətli olması istehlakçının seçimində mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, qurudulmuş pomidor immun sistemini gücləndirən likopen və antioksidantlar baxımından zəngindir və sağlamlıq üçün faydalıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.