Press "Enter" to skip to content

Milli Gənc Tamaşaçılar Teatrı Qazaxıstana teatr festivalına gedir

Milli Gənc Tamaşaçılar Teatrı Qazaxıstana teatr festivalına gedir

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Qazaxıstanın Kostanay şəhərində keçirilən “MONOFEST” teatr festivalına yola düşür.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “festival 12-19 may tarixlərində keçiriləcək. Mayın 16-da nümayiş olunacaq “Kontrabas” tamaşasının quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur. Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir”.

Ardınca xəbərdə, “sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.