BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Velosiped Federasiyasından (AVF) daxil olub.
Xəbərdə deyilir ki, “AVF-in dəstəyi ilə keçirilən aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6-18 yaş arası ümumilikdə 200 uşaq və yeniyetməyə velosipedlər, onlara uyğun təhlükəsizlik ləvazimatları hədiyyə olunub”.
Sonra xəbərdə, “mütəmadi olaraq icra edilən bu təşəbbüsün əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, fiziki aktivliyi təşviq etmək, eləcə də ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir. Tədbirdə iştirak edən uşaqlar hədiyyələri böyük sevinclə qarşılayıb, təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz