Press "Enter" to skip to content

Adı “Qırmızı kitab”da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb

Adı “Qırmızı kitab”da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan daxil olub.

Xəbərdə bildirilir ki, “sözügedən İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Fərzullayev saxlanılıb. Ondan balıqovlama alətləri və qanunsuz ovladığı 151 ədəd adı “Qırmızı kitab”a düşən müxtəlif növ balıq aşkarlanıb”.

Faktla bağlı araşdırma aparılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.