Press "Enter" to skip to content

Bakı məktəbliləri II Beynəlxalq Turan Film Festivalında

Festival zamanı

BAYRAQDAR MEDİA – Baki məktəbliləri Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında mükafata layiq görülüblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri olan 116 nömrəli tam orta məktəbin şagirdləri 10 yaşlı Kövsər Qurban və 7 yaşlı İnci Qurban “Özəl prestij mükafatları-Gənc istedad mükafatı”na layiq görülüb və “Qızıl alma” kuboku ilə təltif ediliblər. Azərbaycan məktəbliləri hazırladıqları qısametrajlı animasiya filmləri ilə türkdilli ölkələr arasında festivalın yeganə kiçik yaşlı qalibləridir. Qeyd edək ki, II Beynəlxalq Turan Film Festivalına 80 ölkədən 1 675 film göndərilib. 11 film mükafata layiq görülüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.