Son yeniləmə: 12 May 2025
Vüqar Bayramov: Hindistan və Pakistan qlobal ticarətin daha çox dövr etdiyi Asiya regionunda yerləşir
BAYRAQDAR MEDİA – “Hindistan-Pakistan savaşı dayansa, tərəflər arasında atəşkəs əldə edilsə də bu hərbi toqquşmanın regional və qlobal iqtisadiyyata mənfi təsiri qaçılmaz oldu. Bunun da kökündə bir sıra nüanslar var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, Hindistan öz iqtisadi gücünə görə dünyanın 4-cü ən böyük ölkəsidir. Eyni zamanda, Hindistan və Pakistan qlobal ticarətin daha çox dövr etdiyi Asiya regionunda yerləşir. Bu kontkestdə hərbi toqquşma əvvəla regionun öz iqtisadi potensialını reallaşdırmağa çətinlik yaradıb. Digər tərəfdən isə bu nəqliyyat dəhlizlərinə mənfi təsir göstərir”.
V.Bayramovun sözlərinə görə, bu amillər baxımından Hindistan-Pakistan müharibəsi təkcə 2 ölkəyə deyil, eyni zamanda qlobal və regional iqtisadiyyatra da mənfi təsir baxımından arzuolunan deyil: “Biz bunun ilkin əlamətlərini hiss edirik. Çünki toqquşmalardan dərhal sonra Hndistana və Pakistana beynəlxalq uçuşların əksəriyyəti təxirə salınıb ki, bu da həmin ölkələrin, belə deyək, hava nəqliyyatı biznesindən əldə etdikləri gəlirlərin bəlli bir hissəsinin itirilməsi deməkdir. Digər tərəfdən həmin ölkələrdə nəzərdə tutulan tədbirlər də təxirə salınıb ki, bu da istər həmin ölkələrin beynəlxalq nüfuzına mənfi təsir göstərir, istərsə də həmin tədbirlər çərçivəsində o ölkələrə gələcək turistlərin gəlişinin qarşısını alır. Bu da bir növ yenə də ölkələrin iqtisadiyyatına zərbə kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, əgər müharibə yenidən alovlanarsa və davam edərsə bunun mənfi təsirlərindən biri də hər iki ölkənin idxal-ixrac əməliyyatlarını olacaq. Yəni bu sahədə hər iki ölkə üçün çətinliklər yaranacaq”.
İlk şərhi yaza bilərsiniz