Press "Enter" to skip to content

Bütün nəzərlər Türkiyədədir

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Türkiyə Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olduqdan sonra ABŞ-la AB arasında da mülayimləşmənin yaranması üçün uğurlu vasitəçilik edə bilər

BAYRAQDAR MEDİA – “Təbii ki, Türkiyənin son illər artan nüfuzu, çəkisi öz növbəsində qlobal problemlərin həllində, müharibələrdə sülhün əldə olunması üçün vasitəçi kimi rol oynamasına da təkan verib. Bu baxımdan Türkiyənin Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi üçün də ən doğru və uğurlu vasitəçi olacağına beynəlxalq aləmdə şübhə ilə yanaşılmır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Onun sözlərinə görə, əslində, Türkiyənin bu sahədə müəyyən təcrübəsi və uğuru da var: “Bildiyiniz kimi bundan öncə İstanbulda Rusiya və Ukrayna arasında sülhün əldə edilıməsi istiqamətində uğurlu danışıqlar aparılmış, həmçinin tərəflər arasında taxıl sazişi əldə edilmişdi. Düzdür, ondan sonra Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olan güclər sülh danışıqları prosesinin davamlı olmasına əngəl yaratdılar. İndi isə vəziyyət dəyişib. Artıq bütün gözlər Türkiyəyə yönəlib, bütün ümidlər Türkiyəyədir. Çünki mayın 15-də Türkiyədə tərəflər arasında yenidən danışıqlar aparılacaq”.

Türkiyəli general bu danışıqların sülhlə nəticələnməsinin təkcə Rusiya və Ukrayna üçün deyil, həm də ümumilikdə dünya üçün önəm kəsb etdiyini deyib: “Artıq bütün dünya bu müharibədən bezib, yorulub. Çünki bu müharibə ümumilikdə qlobal aləmə mənfi təsir göstərib. Bu müharibə eyni zamanda ABŞ və AB arasında gərginlik, soyuqlaşma yaradıb. Hesab edirəm ki, Türkiyə Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olduqdan sonra ABŞ-la AB arasında da mülayimləşmənin yaranması üçün uğurlu vasitəçilik edə bilər. Çünki Türkiyəyə beynəlxalq aləmdə etibar və inam var”.

D. Yücel Karauzun sözlərinə görə, Türkiyə bu inamı və etibarı proseslərə tərəfsiz, ədalətli yanaşma sərgiləməsi ilə əldə edib: “Eyni yanaşma Rusiya-Ukrayna müharibəsinin ilk günündən sərgilənib. Türkiyə heç bir tərəf tutmayıb, sadəcə haqqın yanında olub. Təbii ki, bunun da kökündə sayın Recep Tayyip Erdoğanın liderliyi ilə həyata keçirilən uğurlu siyasət dayanır. Məhz bunun nəticəsidir ki, ABŞ Prezidenti Donald Tramp məhz Erdoğanın vasitəsilə Rusiya ilə Ukrayna arasında sülhün əldə ediləcəyinə inanadığını bəyan edir və hətta Türkiyəyə gələcəyini deyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.